Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 10,5%-ə endirib

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 1,5 faiz bəndi azaldılaraq 12%-dən 10,5%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il sentyabrın 22-də keçirilmiş iclasında 13%-dən 12%-ə endirmişdi.

Digər xəbərlər

KOBİA auditor seçir 18 fevral, 2026 / 13:38