Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı iyunun 11-də açıqlanacaq.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, faizlə bağlı veriləcək qərar TCMB sədri Fatih Karahanın rəhbərliyi ilə keçiriləcək Pul Siyasəti Şurasının iclasında qəbul ediləcək.
İclasın Bakı vaxtı ilə saat 15:00-da bitməsi planlaşdırılır.
Qeyd edək ki, TCMB sonuncu dəfə aprel ayında uçot dərəcəsini 37 % səviyyəsində sabit saxlayıb.