Türkiyə Mərkəzi Bankının ölkə valyutasının məzənnəsi sabitləşdirmək üçün göstərdiyi səylərə baxmayaraq, lirə ABŞ dolları və avroya qarşı ucuzlaşmaqda daha bir rekorda “nail” oldu. Avqust ayının əvvəlindən kəskin ucuzlaşan lirənin bir neçə gün ərzində dollara qarşı məzənnəsi 6 faiz azalaraq 7,37 USD/TRY-dək geriləyib. İlin əvvəlindən Türkiyə valyutası dəyərinin üçdə birini itirib.
Bunun başlıca səbəbləri arasında koronavirus pandemiyası üzündən qonşu ölkədə iqtisadi vəziyyətin gərginləşməsini, o cümlədən turizm sektorundakı böhran vəziyyətini, habelə meyvə-tərəvəz ixracatının xeyli azalmasını, həmçinin tədiyə balansının cari hesablamalarında kəsirin artmasını göstərmək olar. Bununla yanaşı Mərkəzi Bankın ziddiyyətli addımları nəticəsində sərmayədarların etimadsızlığını də unutmamaq lazımdır.