Bakı. 24 iyun. REPORT.AZ/ "Turanbank" ASC Azərbaycan dənizçilərinə peşə bayramları münasibətilə kredit faizlərində 3% endirim elan edib.
"Report"un banka istinadən verdiyi xəbərə görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin əməkdaşları 25 iyun - Dənizçilər Günü ilə əlaqədər təklif edilən bu endirimdən iyunun 25-30-da yararlana bilərlər.
Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, bankın 16 xidmət nöqtəsi (onlardan 9-u - regionlarda) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.