​"Turanbank" nizamnamə kapitalını artırır

Bakı. 16 may. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Turanbank” ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.

"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, emissiyanın həcmi 3 mln. 386 manat təşkil edir.

Emissiyanın anderrayteri qismində "AzFinance İnvest"MMC çıxış edəcək.

Bildirək ki, tam yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 50 mln. manatı ötəcək. Cari il aprelin 1-nə banklın nizamnamə kapitalı 47 mln. 2,1 min manat, məcmu kapitalı 53 mln. 426 min manat təşkil edib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46