"Turanbank" nizamnamə kapitalını artırıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Turanbank" ASC nizamnamə kapitalını 10% artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, "Turanbank"ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 1 082 manat olan 4 622 yeni səhm "Bakı Fond Birjası" QSC-də yerləşdirilib və realizə edilib. 

Bununla da, kredit təşkilatının nizamnamə kapitalı 50 002 466 manatdan 55 003 470 manata çatdırılıb. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46