"Turan Bank" ASC-nin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 20 000 770 manat və yaxud 25 % artırılaraq 80 005 244 manatdan 100 006 014 manata çatdırılmasından sonra baş verib.
Belə ki, "Turan Bank"ın səhmdarı olan 8 hüquqi şəxsin Bankın nizamnamə kapitalındakı payı 41,9 %-dən 42,9 %-ə çatıb, 20 fiziki şəxsin payı isə 58,1 %-dən 57,1 %-ə düşüb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.