"Turan Bank" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Report" xəbər verir ki, bu, indiyə qədər sədr müavini olan Orxan Qarayevdir.
O, sədr vəzifəsində Fəzail Musayevi əvəz edib.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 58,1%-i 20 fiziki şəxsə, 41,9%-i isə 8 hüquqi şəxsə məxsusdur.