“Turan Bank”ın rəhbərliyində dəyişiklik olub

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Turan Bank” ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Məhəmməd Kələşov Bankın Audit Komitəsinin (AK) sədri təyin edilib.

Bu barədə “Report” “Turan Bank”a istinadən xəbər verir.

Məlumata görə, indiyə qədər AK-da rəhbərlik edən Çingiz Ağayev isə İH-nin sədr müavini vəzifəsinə keçirilib. Başqa sözlə 2 rəhbər şəxsin yeri dəyişdirilib. 

Digər xəbərlər