"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb

“Turan Bank” ASC bu ilin I rübünü 1,013 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,6 dəfə çoxdur.

Yanvar-mart aylarında “Turan Bank”ın gəlirləri 15,235 milyon manat (illik müqayisədə 47,4% çox), xərcləri 13,719 milyon manat (34,2% çox), xüsusi ehtiyatlara ayırmaları isə 502 min manat (45,6 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Turan Bank”ın aktivləri 751,594 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 25,8% çoxdur. Bunun 451,464 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 28,9% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 28,3% artaraq 663,249 milyon manata, o cümlədən depozit portfeli 38,9% artaraq 432,214 milyon manata, balans kapitalı isə 9,6% artaraq 88,345 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,7% artaraq 80,005 milyon manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 58,1%-i 20 fiziki şəxsə, 41,9%-i isə 8 hüquqi şəxsə məxsusdur.

Digər xəbərlər