"Toni İnvestisiya Şirkəti" QSC 2024-cü ili 1,074 milyon manat zərərlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,8 dəfə çoxdur.
Bu il yanvarın 1-nə "Troni"nin aktivləri 1,864 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,1 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 306,3 dəfə artaraq 1,838 milyon manata, balans kapitalı isə 72,3 dəfə azalaraq 26 min manata, o cümlədən nizamnamə kapitalı 57,1 % artaraq 1,463 milyon manata çatıb.
Xatırladaq ki, “Troni" 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin yeganə səhmdarı Siyavuş Səfiyevdir.