“Tether” kriptovalyutasının bazar dəyəri 10 milyard dolları keçib

Bu ilin əvvəlinə nisbətən bazar dəyərini 144% artıran “Tether” kriptovalyutasının ümumi həcmi 10 milyard dolları keçib.

“Report” kriptovalyuta bazarı araşdırmaçısı “Messari”yə istinadən xəbər verir ki, bununla da, “Tether” bazar dəyəri 10 milyard ABŞ dolları keçən 3-cü kriptovalyuta olub.

Qeyd edək ki, “Tether” kriptovalyutasının bazar dəyəri ilin əvvəlində 4,1 milyard ABŞ dolları olub.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23