AMB-nin depozit hərracında tələb təklifi kəskin üstələyib

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 150 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 274.9 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir. 

Hərracda tələb təklifi 83,3% üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə illik 12,98% olub.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23