Tbilisidə ADB-nin Rəhbərlər Şurasının iclası başlayıb

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə Asiya İnkişaf Bankının (ADB) Rəhbərlər Şurasının iclası öz işinə başlayıb.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, görüş ADB-nin 57-ci illik toplantısı çərçivəsində keçirilir.

Tədbir zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin çıxışı gözlənilir. ADB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, ADB-nin Rəhbərlər Şurasının sədri Laşa Xutsişvili də çıxış edəcəklər.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46