“TBC Kredit” BOKT-un istiqrazlarına 6 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “TBC Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd faizli, taminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 6 investor sifariş təqdim edib və onların hamısı yerləşdirilib.

Xatırladaq ki, istiqrazlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Digər xəbərlər