Son 5 ildə Azərbaycanda iqtisadi şəffaflaşma kifayət qədər artıb.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən komitə iclasında deyib.
Onun sözlərinə görə, bu, dövlət-özəl əməkdaşlığınında, vergi yığmada öz əksini tapıb.
O bildirib ki, indi bu, dövlət-özəl əməkdaşlığı ilə bağlı qanun layihəsinin hazırlanmasına səbəb olub: “Dövlət-özəl əməkdaşlığın inkişafı yeni iş yerlərinin yaradılmasında, yeni investisiyaların cəlb olunmasına gətirib çıxarıb”.
T. Mirkişili bildirib ki, bu qanunla layihələrin minimum dəyəri dövlət tərəfindən müəyyənləşdiriləcək: “Dünya təcrübəsində bu rəqəm fərqlidir. Yəqin ki, Azərbaycanda bu rəqəm öz reallığımıza uyğun olaraq götürüləcək”.