Tacikistanda ilk islam bankı yaradılacaq

Tacikistanın Milli Bankı “Tövhidbank” (keçmiş “Sahibkarbank”) səhmdar bankının islami bankçılıq fəaliyyəti barədə müraciətini araşdırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı banka 3 ay ərzində cavab verilməsi nəzərdə tutulub. 

Xatırladaq ki, “Sahibkarbank” adı “Tövhidbank”a bu ilin iyun ayında səhmdarlarının qərarı ilə dəyişib. Maliyyə qurumu hələ 2017-ci ildə ölkənin ilk İslam bankına çevrilmək niyyətini bildirib. 

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46