“Synergy Group”a daxil olan “Synergy Hospitality” MMC ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Synergy Hospitality” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 500 manat, qanuni tənmsilçisi isə Elmir Namizəd oğlu Səfərovdur.