“Swiss Re”: "Bu il qlobal sığorta bazarının həcmi 7 trilyon dolları ötəcək"

Dünyanın və İsveçrənin aparıcı təkrarsığorta şirkəti “Swiss Re” bu il qlobal sığorta bazarının həcminin ötən ilə müqayisədə 6,1 % artaraq 7 trilyon ABŞ dollarını keçəcəyini proqnozlaşdırır.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Swiss Re” proqnozunu koronavirus (COVİD019) pandemiyanın səngiməsi ilə əlaqədar bazarın yenidən və sürətlə bərpa olunması, qeyri-həyat sığortasında sığorta tariflərinin yüksəlməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrin sığorta bazarlarında daha yüksək sığorta haqlarının tətbiqi ilə əlaqələndirib.

İsveçrə şirkətində hesab edirlər ki, bu il dünyada həyat sığortası 0,2 % azalacaq, gələn il 1,9 % artacaq, qeyri-həyat sığortası isə bu il 0,8 %, gələn il isə 2,2 % artacaq.

Digər xəbərlər