Suriya milli valyutasının məzənnəsində devalvasiya gedib

Suriya Mərkəzi Bankı ABŞ-ın sanksiyalarının qüvvəyə minməsindən əvvəl milli valyuta - Suriya lirəsinin dəyərini 44% azaldıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bununla da qurum rəsmi məzənnədə devalvasiyaya gedərək onu 704-dən 1 256-ya yüksəldilib.

Məlumata görə, qara bazarda ABŞ dollarının məzənnəsi 2 825 Suriya lirəsinə qədər yüksəlib.

Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelly Craft Tramp administrasiyasının Suriyada rejimin hərbi qələbə qazanmasının qarşısını almaq, rejimi və müttəfiqlərini danışıqlar masasına qaytarmaq üçün sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Digər xəbərlər