Bakı. 28 oktyabr. REPORT.AZ/ "Standard İnsurance" Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib. Şirkətdən "Report"a verilən məlumata görə, Fuad Vaqif oğlu Xəlilov 10 oktyabr 2016-cı il tarixdən 3 il müddətinə DŞ-nin üzvü seçilib və quruma sədr vəzifəsinə gətirilib.
Bu təyinatla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq qaydada məlumatlandırılıb.
F.Xəlilov yeni vəzifəsində Kamal İbrahimovu əvəz edib.
Xatırladaq ki, "Standard Insurance" 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 100 manat olan 11 000 səhm əsasında formalaşıb. Səhmlər 100% "AB Standard" QSC-yə məxsusdur.