SOCAR istiqrazları satılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının alqı-satqısı üzrə 429 əqd bağlanılıb. Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, əqdlər hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazın (100 mln. dollarlıq) realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar Birjanın əsas bazar seqmentində satılıb. 

Xatırladaq ki, tədavül müddəti 5 il (1 826 gün) olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər.

Digər xəbərlər

Türk İnkişaf Bankı yaradıla bilər 16 sentyabr, 2026 / 10:55