SOCAR-ın xam neft satışından gəlirləri 2 dəfə artıb

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ildə xam neftin satışından gəliri 2 dəfədən çox artaraq 29,613 mlrd. manat təşkil edib.

"Report" xəbər verir ki, hesabat dövründə şirkətin neft məhsullarından gəliri 3% artıb və 11,759 mlrd. manat təşkil edib.

SOCAR-ın ötən il neft-kimya məhsullarından gəliri 2,643 mlrd. manat (44% artım), təbii qazdan - 1,952 mlrd. manat (16% çox), digər gəlirləri isə 5,938 mlrd. manat (59% artım) təşkil edib.

Qeyd edək ki, 2016-cı ildə SOCAR-ın məcmu gəlirləri 57% artaraq 51,905 mlrd. manat olub.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46