Tahir Budaqov: “Siyahıyaalma ilə bağlı məlumatların emalı 1 il davam edəcək”

“Azərbaycanda əhalinin siyahıya alınması zamanı ənənəvi üsullarla yanaşı, inzibati üsullardan da istifadə edilib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O, həmçinin qeyd edib ki, əhalinin bir qisminin sözügedən prosesdən kənarda qalması normaldır və buna beynəlxalq təcrübədə də rast gəlinir.

“Hazırda siyahıyaalma ilə bağlı məlumatların emalı ilə məşğuluq. Bunun üçün 251 nəfər əməkdaşlığa cəlb edilib və onlarla müqavilə bağlanılıb. Emal prosesi 1 il davam edəcək və bu ilin sonunda 30 cildlik hesabat hazırlanacaq”, - Komitə sədri bildirib. 

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22