"Sənan Kredit İttifaqı"nın lisenziyası ləğv olunub

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Sənan Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.

"Report" bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 39-a düşüb.

Xatırladaq ki, "Sənan Kredit İttifaqı" 2010-cu ildə, Lənkəran rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 min manatdır.

Digər xəbərlər