Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi 25 milyon manat dəyərində mal-material dəyərlilərinin könüllü sığortası üçün elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC-dir.
Qalib şirkətə 177 min manat ödəniləcək.