Səhiyyənin Təminat Mərkəzi sığortaçı seçir

Səhiyyə Nazirliyinin tabeliyindəki Səhiyyənin Təminat Mərkəzi 25 milyon manat dəyərində mal-material dəyərlərinin könüllü sığortası üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 28-i, saat 09:30-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 6-sı, saat 12:00-a qədər Mərkəzin Bakı şəhəri, Mirəsədulla Mirqasımov küçəsi, 1A ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 7-də, saat 09:30-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23