Səhiyyə Nazirliyi 13 əməkdaşının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "A-Qrup Sığorta" ASC-dir.
Qalib şirkətə 10 500 manat ödəniləcək.
Bundan əvvəl 2023-cü ildə eyni tenderin qalibi "Qala Sığorta" ASC olub. Şirkətə 8 160 manat ödənilib.