Samirə Musayeva: "Payızda Azərbaycanda vergi forumu keçiriləcək"

Payızda Azərbaycanda vergi forumu keçiriləcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, forumun mövzusu qlobal karbon emissiyasıdır.

"Bu tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT), Dünya Bankının və Asya İnkişaf Bankının dəstəyi ilə sentyabrda keçiriləcək. Forumda fərqli karbon qiymətləri alətləri ilə yaranan bütün məsələləri müzakirə edəcəyik, ən yaxşı təcrübələri araşdıracağıq və güman ki, hansısa ümumi metodologiya müəyyən olunacaq", - S. Musayeva bildirib.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06