Sahibkarlığın İnkişafı Fondu auditor seçir

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2021-ci il üzrə maliyyə hesabatlarının kənar auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 25-i, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 2-si, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi noyabrın 3-də, saat 17:00-da Portalda açıqlanacaq.

Digər xəbərlər