Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 64,14 manatdır.
İddiaçılar təkliflərini martın 12-nə qədər cəmiyyətin yerləşdiyi Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometrinə təqdim edə bilərlər.
Təkliflərə martın 12-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 28 min manat ödənilib.