"Şahdağ Turizm Mərkəzi" auditor seçir

Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 70 manatdır.

İddiaçılar təkliflərini aprelin 19-na qədər səhmdar cəmiyyətinə (Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri) təqdim edə bilərlər.

Təkliflərə aprelin 19-da, saat 13:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23