“Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq agentliyi Rusiyanın uzunmüddətli xarici valyutada suveren kredit reytinqini “BB+”-dan “CCC-”-yə, yerli valyutada uzunmüddətli reytinqini isə “BBB-”-dən “CCC-”-yə endirib.
“Report” xəbər verir ki, bu barədə S&P məlumat yayıb.
Reytinqlər mənfi proqnozla CreditWatch siyahısına yerləşdirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkənin bank sistemi də daxil olmaqla güclü beynəlxalq sanksiyalara məruz qalmasına səbəb olub.