Rusiyanın "Gazprom" şirkəti Azərbaycanda nümayəndəlik açıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyanın "Gazprom" İctimai Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

“Report” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ötən ilin dekabrın 18-də dövlət qeydiyyatına alınan nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza ev.75-də yerləşir.

Nümayəndəliyin qanuni təmsilçisi Rusiya Federasiyası vətəndaşı Maksut Anderjanovdur.

Digər xəbərlər