Bakı. 5 may. REPORT.AZ/ Rusiyanın dövlət borcunun məbləği bu il yanvarın 1-nə təxminən 519 mlrd. ABŞ dolları təşkil edib.
“Report” rus mətbuatına istinadən xəbər verir ki, bu, ölkənin ötən ilin yekunundakı ümumi daxili məhsulunun (ÜDM) 33%-i qədərdir.
Son 1 ildə dövlət borcunun ÜDM-ə nisbəti 7 faiz bəndi azalıb. O cümlədən daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 1 faiz bəndi artaraq 4%-ə çatıb.
2017-ci ilin yekununda Rusiyanın daxili borcu təxminən 70 mlrd. dollar, xarici borcu isə təxminən 449 mlrd. dollardır.