Bakı. 30 aprel. REPORT.AZ/ Rusiya iş adamlarının Böyük Britaniyanın ofşor zonalarında saxladığı vəsaitlərin məbləği açıqlanıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniyanın korrupsiya ilə mübarizə sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatı "Global Witness"in hesabatında məlumat verilib.
Məlumata görə, Rusiyadan olan biznesmenlərin ofşorlarda 34 mlrd. funt sterlinq məbləğində vəsaiti var ki, bu da Britaniyanın özündə saxlanılan vəsaitdən 7 dəfə çoxdur. Bunun 30 mlrd. funt sterlinqdən çoxu Britaniyanın Virgin adalarında saxlanılır.