Bu ilin I rübündə Rusiyadan Azərbaycana 155,4 milyon ABŞ dolları pul köçürülüb.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 % və yaxud 2 dəfə azdır.
Son 1 ildə Rusiyadan daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı 69,2 %-dən 52,8 %-ə düşüb.
Bundan başqa, yanvar-mart aylarında Azərbaycandan Rusiyaya 16,2 milyon ABŞ dolları pul köçürülüb. Bu isə 1 il əvvələ nisbətən 22,7 % azdır.
Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı 15 %-dən 12,3 %-ə düşüb.