Rusiyada 600 mikromaliyyə təşkilatı bağlana bilər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) bu ilin sonuna qədər 600 mikromaliyyə təşkilatını bazardan kənarlaşdırmaq niyyətindədir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onların davamlı şəkildə öz fəaliyyəti barədə RMB-yə hesabat verməməsidir.

Xatırladaq ki, hazırda Rusiyada 3 285 mikromaliyyə təşkilatı fəaliyyət göstərir. Rusiya qanunvericiliyinə görə, onlar kiçik sahibkarlara (fərdi iş adamlarına), eləcə də vətəndaşlara 1 mln. rubldan (15,6 min ABŞ dolları) çox olmamaq şərti ilə borc verə bilərlər.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33