Bakı. 27 aprel. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək 7,25% səviyyəsində saxlayıb.
“Report” bu barədə Mərkəzi Bankın Direktorlar Şurasının qərarına istinadən xəbər verir.
Bundan əvvəl martın 23-də Direktorlar Şurası rekord inflyasiya fonunda uçot dərəcəsini 7,5%-dən 7,25%-ə endirib.
Yeni qərar kəskin dəyişmiş şəraitdə 6 apreldə ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etməsi, Rusiya qiymətli kağızlarının və rublun dəyərdən düşməsi ilə qəbul edilib. Mərkəzi Bank illik inflyasiyanın aşağı səviyyədə qaldığını vurğulayıb.