"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 192 min manat mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 198 min manat zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, bu il yanvarın 1-nə "Regional"ın aktivləri 4,642 milyon manat olub ki, bu da illik müqayisədə 46,9 % çoxdur. Bunun 4,164 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 60,6 % böyüyüb.
Hesabat dövründə "Regional"ın öhdəlikləri 45,3% artaraq 4,132 milyon manata çatıb, balans kapitalı isə 60,4 % artaraq 510 min manata çatıb.
Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.