"Refinance Kredit İttifaqı" ötən ili mənfəətlə başa vurub

"Refinance Kredit İttifaqı" MMC 2021-ci ili 3 min manat xalis mənfəətlə başa vurub.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il kredit təşkilatının vergiyəqədərki mənfəəti 4 min manat, mənfəət vergisi ödəmələri isə 1 min manat təşkil edib.

Bu il yanvarın 1-nə "Refinance Kredit İttifaqı"nın aktivləri 384 min manat olub. Kredit təşkilatının öhdəlikləri 45 min manat, balans kapitalı isə 339 min manat təşkil edib.

Xatırladaq ki, "Refinance Kredit İttifaqı" 2011-cİ ildə yaradılıb, Bakıda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 339 min manatdır.

Digər xəbərlər