"Rabitəbank" maliyyə vəziyyətini açıqlayıb

"Rabitəbank" ASC bu ilin I yarısını 10,596 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 % çoxdur.

Yanvar-iyun aylarında "Rabitəbank"ın gəlirləri 80,381 milyon manat (illik müqayisədə 25 % çox), xərcləri 65,199 milyon manat (22,1 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 4,586 milyon manat (9,1 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə "Rabitəbank"ın aktivləri 1 milyard 137,727 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,9 % çoxdur. Bunun 743,73 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 12,5 % böyüyüb.

Hesabat dövründə "Rabitəbank"ın öhdəlikləri 11,8 % artaraq 1 019,758 milyon manata, o cümlədən depozit portfeli 14 % artaraq 697,066 milyon manata, balans kapitalı isə 4,5 % artaraq 117,968 milyon manata çatıb.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 %-i Rauf Əliyevə (“Meqa Sığorta” ASC-nin 19 %-lik səhmdarı), 20,13 %-i Validə Abbasovaya, 14,51 %-i Seyran Nuriyevə (Bankın baş direktoru), 14,45 %-i Zakir Nuriyevə (Bankın Müşahidə Şurasının sədri),9,11 %-i Dilarə Nuriyevaya, 1,07 %-i Aslan Xasiyevə (Bankın Müşahidə Şurasının üzvü), 0,14 %-i isə 12 hüquqi şəxsə məxsusdur.

Digər xəbərlər