"Rabitəbank" ASC-nin səhmlərinin 14,51 %-nə nəzarət edən Seyran Nuriyev payını satıb.
"Report" bu barədə Bankın illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, həmin payı digər səhmdar Validə Abbasova alıb və öz payını 20,13 %-dən 34,64 %-ə çatdırıb.
"Rabitəbank"ın səhmlərinin qalan hissəsi əvvəlki qaydada Rauf Əliyevə (40,6%), Zakir Nuriyevə (14,44%), Dilarə Nuriyevaya (9,11%), Aslan Xasiyevə (1,07%) və 12 hüquqi şəxsə (0,14%) məxsusdur.
Səhmdarlardan R.Əliyev Bankın Müşahidə Şurasının (MŞ) üzvü və "Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarı, Z.Nuriyev isə MŞ-nın sədridir.
Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.