“Rabitəbank”ın Audit Komitəsinin sədri dəyişib

Bakı. 3 aprel. REPORT.AZ/ “Rabitəbank” ASC-nin Audit Komitəsinə yeni sədr təyin edilib.

“Report” Banka istinadən xəbər verir ki, bu, Rəşad Abasovdur.

O, yeni vəzifəsində Yasin Əliyevi əvəz edib.

R.Abasov 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında iqtisadiyyat və idarəetmə istiqaməti üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi, 2002-ci ildə isə həmin istiqamət üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsi alıb, 2002-2004-cü illərdə isə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Maliyyə-Kredit fakultəsini bitirib.

O, 2004-cü ildən karyerasını “Rabitəbank”ın Daxili audit departamentində auditor kimi davam etdirib, 2008-ci ildən indiyə qədər isə həmin departamentin direktoru vəzifəsində çalışıb.

Digər xəbərlər