​QKDK yeni qaydaları təsdiq edib

Bakı. 11 noyabr. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin kənar auditorlarına dair tələblər haqqında Qaydalar” təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Komitənin yaydığı məlumatda bildirilir.

Bu Qaydalar (http://scs.gov.az/uploads/pdf/gu8yzq94qe8rqcjp997u.pdf) investisiya şirkətinin, fond birjasının, klirinq təşkilatının və investisiya fondunun depozitarının kənar auditorlarına dair tələbləri müəyyən edir.

Digər xəbərlər

Aqroservis auditor seçir 30 yanvar, 2026 / 09:00