Qızılın qiyməti sabitləşib

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması qızılın qiymətini sabitləşdirib.

“Report” xəbər verir ki, qızılın 1 unsiyasının spot qiyməti 1 767,39 ABŞ dolları səviyyəsində qalıb. ABŞ birjalarında qızılın fyuçerslərinin qiyməti isə 0,4% artaraq 1 unsiyası 1 783,90 dollar təşkil edib. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,2% düşərək 1 unsiyası 19,97 dollar təşkil edib.

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyi birhəftəlik maksimumlarından geriləyib.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33