Dünya bazarlarında qızıl ucuzlaşıb. İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının nəticələrini qiymətləndirirlər.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,41 %, yaxud 6,8 dollar ucuzlaşaraq 1 unsiyası 1 668,9 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,48 % düşərək 1 unsiyası 19,387 dollar təşkil edib.
FES gözlənildiyi kimi faiz dərəcəsini daha 0,75 faiz bəndi artıraraq illik 3-3,25% səviyyəsinə çatdırıb. FES həmçinin cari və növbəti il üçün inflyasiya proqnozunu da yüksəldib.