Qızılın qiyməti düşsə də bir unsiya üçün 1 730 ABŞ dollarından yuxarı qalmaqdadır. Birjalar ABŞ-da inflyasiya statistikasının açıqlanmasını gözləyir.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,49 % və ya 8,6 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 732 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,17 % artaraq 1 unsiyası 19,628 ABŞ dolları təşkil edib.
Bazarda həftənin əsas hadisələrindən biri ABŞ-da avqust ayı üçün inflyasiya statistikasının açıqlanması olacaq. Analitiklər iyul ayında inflyasiyanın 8,5 %-dən 8,1 %-dək ləngiyəcəyini proqnozlaşdırırlar.