Qızıl yenidən ucuzlaşmağa başlayıb

Dünya bazarında qızılın qiyməti yenidən azalmağa başlayıb. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu gün bir hərrac üzrə qiymətli metal 0,1% dəyər itirərək 1733,9 ABŞ dollarından satılıb.

Gündəlik ucuzlaşma isə 1,1%-ə çatıb. Halbuki çərşənbə axşamı keçirilən hərraclarda qızıl əvvəlki günə nisbətən 0,5% bahalaşmışdı. “Zaner Metals” mərkəzinin ekspertləri əks prosesə səbəb kimi investorların qiymətli kağızlar bazarına marağının artmasını, əvəzində qiymətli metallara tələbatının azalmasını göstərib.

Digər xəbərlər

ARDNF 3 illik auditor seçib 03 oktyabr, 2026 / 14:05
İçərişəhər auditor seçir 02 oktyabr, 2026 / 17:30