Qızıl cüzi ucuzlaşıb

ABŞ-da əmək bazarı ilə bağlı gözləntilər fonunda qızılın qiyməti cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,19 %, yaxud 3,25 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 727,25 ABŞ dollarına satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 1,08 % artaraq, 1 unsiyası 20,872 ABŞ dolları təşkil edib.

Treyderlərin əsas diqqəti ABŞ-da əmək bazarı ilə bağlı hesabatına yönəlib. Analitiklər sentyabr ayında işsizliyin 3,7 % səviyyəsində qalacağını güman edirlər.

Digər xəbərlər

ARDNF 3 illik auditor seçib 03 oktyabr, 2026 / 14:05
İçərişəhər auditor seçir 02 oktyabr, 2026 / 17:30